image-rt-reklam
image-2backend

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

image-728x90

“Heydər Əliyev irsinin öyrədilməsi” dərsləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı Rayon Təşkilatının dəstəyi ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, millət vəkili Vüqar Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Bakı şəhəri 276 nömrəli tam orta məktəbin tarix müəllimi Elxan Quliyev, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Suraxanı RİH-nin başçısı A.Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri V.Seyidov, millət vəkili V.Rəhimzadə, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri B.Əsgərov dahi şəxsiyyətin nüfuzu, həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə şagirdlərə ətraflı məlumat veriblər. Həmçinin Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə fikirlər səsləndirilib.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə malik bu qədim diyarın tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.

Tədbirdə Bakı şəhəri 276 nömrəli tam orta məktəbin tarix müəllimi E.Quliyev “Azərbaycanın dövlətçilik tarixi: zamana sığmayan liderin Naxçıvandan başlanan tarixi missiyası” mövzusunda məruzə ilə çıxış edib.

Sonda dahi lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir 1, 5 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri tərəfindən hazırlanan maraqlı kompozisiyalarla davam edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90