NATO qoşunları Moskva ilə potensial münaqişə vəziyyətində Rusiya ərazisindəki hərbi aerodromları ələ keçirməklə hədələyir.
Ulusal.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri məlumat yayıb.
“Aerodromu ələ keçirmək və onu düşmənin nəzarətindən çıxarmaq bacarığı çox vacibdir”, – nəşr yazır.
Məqalə müəllifi bildirib ki, təlimlər zamanı NATO qoşunları uçuş-enmə zolaqlarını ələ keçirmək üçün manevrlər ediblər. Onun sözlərinə görə, bu, qoşunların operativ şəkildə çatdırılması üçün lazımdır.
Qeyd edək ki, Finlandiyada NATO-nun “Lively Saber 25” hərbi təlimi bu ilin may ayında başlayıb. Təlimlərə 3,5 min hərbçi cəlb olunub. Bldirilir ki, Rusiya ilə sərhəddə də bu tip manevrlər həyata keçirilir.