image-rt-reklam
image-11backend

Nadir Şah Rusiyanı necə diz çökdürmüşdü?

image-728x90

Bir ildən çoxdur Rusiya “alimləri” yazırlar, saxta Əlyazmalar ortaya çıxarılar ki, Nadir Şah Əfşar Dağıstana yürüş edəndə onu burda məğlub ediblər. Guya Nadir Şah döyüşdən qaçıb. Əlahəzrət fakt isə reallıq nədir onu göstərir. Birinci Nadir Şah dünyanın elə güclü sərkərdəsi olub ki, ona məğlub etmək qeyri mümkün idi. Onun qorxusundan 100 il ərzində Rus imperiyası Şərqə tərəf baxmağa qorxublar. Hindistan kimi böyük coğrafiyanı və ona gələn bütün yollarda olan dövlətləri nəzarətə alan Nadir Şaha Dağıstanda kim qalib gələ bilərdi ?
Nadir Şah Hindistana daxil olanda yerli racalardan biri ondan soruşur ki, sənə qılınc batmır. Niyə. Nadir şah ona deyir ki, götür əlinə ən iti bizi, batır ayağıma. Adam nə qədər batırır, batmır. Nadir Şah gülərək “at belində doğulan türkmana heç bir qılınc bata bilməz, bizim ömrümüz at üstündə döyüşlərdə keçib”

Bu cürə əfsanə sərkərdəyə kiçik bir yerdə kim qalib gələ bilər axı ?
Şahın qardaşı kiçik dəstə ilə sadəcə dağlıq yerdə döyüşə bilməyib geri çəkilibsə bu məğlub olmaq demək deyil ki? Bu barədə geniş yazı olacaq, sadəcə sizlərə üç faktı göstərəcəm.
1) Bu Dərbənd şəhərində yerləşən ən qədim ağacıdır. Rusiya Federasiyasının qanunlarla qoruduğu bu ağaca sovet dövründə İsgəndər ağacı deyirdilər. Reallıq budur ki, Nadir Şah Dərbəndə gələndə bura və əhalisi o qədər onun ürəyincə olub ki, öz əlləri ilə bu ağacı əkib və ailəsini gətirib bu ağacın yanında alaçıq qurub bir müddət yaşayıb. Yerli xalqların qonaqpərvərliyi və igidliyi onun xoşuna gəlirdi

2) Bu dünyanın ən böyük quran kitablarından biridir. Nadir Şah Dağıstandan qayıdıb öz sarayına gələndə yerli xalqlara və ağsaqqallara saysız hesabsız hədiyyələr göndərib. Onların içində balaca qızıl qabda Quran olub. Dağıstanın ən hörmətli kişiləri hədiyyələri gətirənə deyib ki, bütün müsəlmanların hamisi olan Şah bizə bu balaca Quranı göndərib? Bu xəbər Şaha çatanda o imperiyanın ərazisində olan XII əsrə aid ən böyük quran tapşırıb Dağıstan ağsaqqallarına hədiyyə göndərir. Bu kitab hazırda Dağıstanda arxivdə saxlanılır
3) Nadir Şahın qiymətli hədiyyələr içərisində özünün ən sevimli Zülfüqar qılıncı da olur. Onun üçün xüsusi olaraq düzəldilən bu qılınc və özünün şəxsi zirehli geyimini Dağıstana göndərir ki, oranın cəsarətli və döyüşkən kişilərinə bu hədiyyəm olsun. Həmin qılınc və zireh hazırda Dağıstanda muzeydə saxlanılır.

Nadir Şahın ətrafında Dağıstan xalqları da olub və ordunun ən döyüşkən igidləri olub. Şah onları o qədər sevib ki, Buxara şəhərinə gələndə yüzlərlə dağlı xalqı, xüsusən ləzgilər üçün burdan böyük torpaqlar hədiyyə edir.
Nadir Şahın Dağıstanda məğlub olması barədə yazılanlar ciddi bir mənbələrə istinad edilmir. Təsəvvür edin kim yazır bu yalançı tarixi- İranlı Sardavard, erməni Nazaryan, erməni İskəndəryan.

Özü də ortaya sənəd qoyublar, orda cümlə gedir “muğan rafiziləri”) . O dövrdə rafizi sözü hardan çıxmış idi? Özü də Muğan ərazisində, sünnilərin çoxluq təşkil etdiyi ərazidə
Bu gün rus, erməni, fars (tacik), Osmanlı, ərəb saxta mənbələri ilə doldurulur internet. Sosial media. Amma araşdırmaçılar bilirlər ki, hansı saxtadır, hansı düz. Amma əhalinin çoxu bilmir . Ona görə də real faktlar daha doğrudur. Təqdim etdiyim bu fotolar Nadir Şaha iftira atanların səhv olduğunu göstərən əlahəzrət faktdır. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

Zaur Aliyev, dosent

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90