image-rt-reklam
image-1backend

“Müxtəlif təxribatlarla Azərbaycan və Türkiyənin arasına nifaq salmaq istəyənlər arzularına çatmayacaq”

image-728x90

 İstanbulda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR-ın binası qarşısında etiraz aksiyası keçirən bir qrup SOCAR-ı İsrailə neft verməkdə ittiham edərək, şirkətə qırmızı boya ataraq, etiraz edib. Etirazçıları şüarı eynilə İranın Azərbaycanın dəfələrlə etdiyi ittihamlara bənzəyib. Eyni sözlər, eyni fikirlər…

Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, konkret olaraq, SOCAR-ın Türkiyə ofisinə hücumun kim tərəfindən təşkil olunması barədə məlumatı araşdırmalardan sonra bildirmək olar: “Bəziləri İrana bağlı qüvvələrin əli olduğunu bildirir. Bu da əsassız deyil. Çünki, son zamanlar İran hakimiyyətinə yaxın mətbuat orqanlarında, Azərbaycanı İsrailə yanacaq satması ilə bağlı ittihamlar səsləndirilirdir. Hətta hədə-qorxu da gəlirdilər”.

 

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

 

Deputatın fikrincə, digər bir səbəb, üçüncü qüvvələrin qardaş Türkiyə ilə Azərbaycanın arasına nifaq salmaq istəyi ola bilər.

“Fələstin məsələsində yaranmış fikir ayrılıqlarından öz məqsədləri üçün istifadə edirlər. İstənilən halda, bu hadisə xoşagəlməz haldır. Gələcəkdə bir daha təkrarlanmaması üçün ciddi araşdırılmalıdır. Hadisənin təşkilatçıları ifşa olunmalı və cəzalandırılmalıdır. Heç bir halda, kiminsə aramıza girməsinə və birliyimizə xələl gəlməsinə imkan verməməliyik”-deyə deputat vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90