image-rt-reklam
image-1backend

Muşavaq kənd sakinləri ilə görüş keçirilib -FOTOLAR

image-728x90

22 may 2024-cü il tarixdə təsdiq olunmuş cədvələ uyğun olaraq vətəndaşların növbəti səyyar görüşü Muşavaq kəndində keçirilib. Qəbulda RİHBA-nın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
O, daha sonra çıxışında bildirib ki, iqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal böhranla mübarizə dövründə belə heç bir sosial layihəsini təxirə salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri işlər davam etdirilir və bu istiqamətdə Daşkəsən rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Sonra söz sakinlərə verib.
Kənd sakinləri əraziyə internet və təbii qaz xəttinin çəkilməsini, kənddaxili və Qaraqullar-Muşavaq avtomobil yolunun cari təmir olunmasını, əkin və biçin işləri zamanı fermerlərin kənd təsərrüfatı texnikasına əlçatanlığı yaxşılaşdırmaq üçün rayonda “Aqrolizinq” ASC-nin filialının yaradılmasını, yararsız elektrik dayaqlarının, eləcə də naqillərin dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Rayon Polis şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev sakinlərə onlayn bank əməliyyatları ilə bağlı maarifləndirmə işləri aparıb. O, çıxışında vətəndaşlara öz bank kart məlumatlarını digər şəxslərə ötürülməməsi tövsiyə etmişdir. Kartdan karta sisteminin yayıldığı vaxtda, ümumiyyətlə, bank kartlarının tətbiqinin çoxaldığı dövrdə kibercinayətkarlığın çoxaldığını vurğulamış, təəssüf hissi ilə rayonumuzdan olan vətəndaşlarımızın da kiberdələduzların qurbanına çevrildiyini qeyd etmişdir. S.Əfəndiyev bir daha hər kəsi kibercinayətkarlardan qorunmağa çağırıb. Belə halla qarşılaşdıqda dərhal rayon Polis şöbəsinə məlumat vermələrini xahiş edib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90