image-rt-reklam
image-1backend

“MÜHARİBƏYƏ HAZIR OLUN!” – Almaniya Müdafiə naziri həyəcan təbili çalır

image-728x90

“Bizə yeni hərbi xidmət modeli lazımdır”.

Ulusal.az  xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniya Müdafiə naziri Boris Pistorius Bundestaqda deputatlar qarşısında çıxışı zamanı deyib. Nazir bildirib ki, Almaniya 2011-ci ildə dayandırılmış həqiqi hərbi xidmətin bərpasına getməlidir.

Nazir qeyd edib ki, Rusiyanın başlatdığı müharibə Almaniyaya da təhlükə yaradır və ölkə 2029-cu ildə qaçılmaz olacağı görünən müharibəyə hazır olmalıdır: “Bizim müdafiəmizə laqeyid yanaşmağımıza haqqımız yoxdur. Putinin müharibə iqtisadiyyatı növbəti münaqişəyə hazırlıq üzərində çalışır. 2029-cu ilə qədər biz müdafiəyə hazır olmalıyıq və ən pisinin qarşısını almaq üçün çəkindirici tədbirlər görməliyik”.

Boris Pistorius bu problemi həll etmək üçün üç əsas məsələni qeyd edib: “Texnologiya, kadrlar və maliyyə”.

Qeyd edək ki, 2024-cü il üçün Almaniyanın müdafiə büdcəsi təxminən 52 milyard avrodur. Pistorius vurğulayıb ki, maliyyə, materiallar və kadrlar Bundesverin vəziyyətinin yaxşılaşdırılması üçün çox vacibdir.

Nazir bundan sonra da Ukraynanın dəstəklənməli olduğunu xüsusi vurğulayıb: “Putinin bu qədər uzağa getdiyi təqdirdə Ukrayna sərhədlərində dayanacağına inanmamalıyıq. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik. Biz başa düşməliyik ki, Rusiya Federasiyasının qələbəsi bizə Ukraynaya indiki dəstəkdən daha baha başa gələcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90