image-rt-reklam
image-1backend

Müharibənin Öyrənilməsi İnstitutundan sensasion hesabat: Paşinyan təslim olur

image-728x90

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsas vasitəçisinə çevrilməyə və Moskva-İrəvan-Bakı üçtərəfli danışıqlar formatına qayıtmağa çalışır.

Ulusal.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

“Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb strukturları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur və Moskvanın vasitəçiliyi ilə aparılan danışıqlar Qərbin səylərindən daha perspektivlidir”, – hesabatda deyilir.

Bundan əvvəl, yanvarın 17-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşərək İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması və üçtərəfli danışıqlar formatının canlandırılmasını müzakirə edib.

Eyni zamanda, rusiyalı hərbi bloqçular hesab edirlər ki, Qaluzinin səfir Arutyunyanla görüşü Ermənistanın baş naziri Nikol Paşinyanın “təslim olmaq” və “Moskva qarşısında əyilmək” istəyinin sübutudur,” – ISW vurğulayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90