image-rt-reklam
image-iran-absbackend

Müharibə başlayır – ABŞ-dan İranla bağlı kritik açıqlama

image-728x90

ABŞ İrana nüvə silahı yaratmağa icazə verməyəcək. Əgər buna diplomatiya yolu ilə nail olmaq mümkün deyilsə, başqa yollar da var.

Ulusal.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .

“Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, lakin aydındır ki, bu, tezliklə baş verməyəcək. Biz əmin olacağıq ki, bunun baş verməməsi üçün baş komandanlığın əlində olan imkanlar və variantlar var”, – Kirbi jurnalistlərə deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden bu fikirdədir ki, İrana nüvə silahı yaratmağa icazə verilməməlidir.

O, həmçinin əlavə edib ki, ABŞ son hadisələr fonunda İran və Pakistan arasında eskalasiyanın olmasını istəməz.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90