image-rt-reklam
image-8888backend

Müharibə başlayır: 72 saatdan sonra…

image-728x90

Erməni mediası yaxın günlərdə Qarabağda  yeni müharibənin başlayacağını yazır. Erməni mediasının iddiasına görə müharibə sentyabrın 18-22 aralığında başlaya bilər. Ermənistanda nəşr olunan “İravunk” qəzeti iddia edir ki, Azərbaycan tərəfi rəsmi İrəvana Qarabağdakı silahlı separatçıların tərkisilah edilməsi üçün 72 saat vaxt verib. Nəşr iddia edir ki, 72 saat ərzində Qarabağda olan erməni silahlıları bölgəni tərk etməlidir. “Əks halda Azərbaycan Qarabağda anti-terror əməliyyatı başlayacaq.”

Maraqlıdır ki, ermənilərin iddiasının əksinə olaraq rəsmi Bakı müharibə hazırlaşmır. Sözsüz ki, ermənilərin bu iddiaları əsassızdır. Azərbaycan tərəfi Qarabağda erməni silahlı terroçularının təxribatçılarını tərksilah etmək üçün anti-terror əməliyyatı həyata keçirə bilər.

Bunun üçün r’smi Bakının  əlində kifayət qədər fakt var. Mütamadi olaraq ermənilər təxribatlar həyata keçirir, həmçinin ordumuzun təminat yollarına minalar döşəyir. Rəsmi Bakının 72 saat vaxt verməsinə gəlincə:

Qarabağ Azərbaycanın tərkib hissəsidir.

Azərbaycan tərəfi istədiyi an, öz ərazisində əməliyyat keçirmək haqqı var.

Qarabağdakı ermənilərin hər gün yeni səngərlər qazması haqqında məlumatlar və görüntülər yayılır. Bu isə o deməkdir ki, ermənilər özləri Qarabağda və Azərbaycan – Ermənistan sərhəddində təxribatlar həyata keçirmək istəyir.

Nəzərə alaq ki, Azərbaycan dəfələrlə öz xəbərdarlığını edib. “Təxribat törətmək istəyənlər dərhal məhv ediləcəklər.”

Azərbaycan 30 il Qarabağ problemini sülh yolu ilə həll etməyə çalışdı. Bu gün ermənilərin dəstəkşisi və yaxud havadarları olan ölkələr bu illər ərzində susqunluq nümayiş etdirdilər. Sonda biz öz torpaqlarımızı 44 günlük savaşla azad etdik.

Zamanı yetişəndə Azərbaycan Qarabağda Azərbaycan bayrağını dalgalandıracaq.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90