image-rt-reklam
image-1backend

Mühafizəçi necə cəsusa çevrildi?- Bir cinayətin şok sirləri  

image-728x90

Norveçdə ABŞ-ın Oslodakı səfirliyinin keçmiş mühafizəçisi Rusiyanın və İranın xeyrinə casusluqda ittiham olunur. Məhkəmə prosesi 20 avqust tarixində başlayıb. Ulusal.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

İstintaqın versiyasına əsasən, Norveç vətəndaşı olan təqsirləndirilən şəxs 2024-cü ilin martından noyabr ayına qədər öz təşəbbüsü ilə Rusiya və İran nümayəndələri ilə əlaqə quraraq ABŞ səfirliyinə dair məxfi olmayan, lakin həssas məlumatları ötürüb. İttihama görə, o, 50 avtomobil nömrəsi, diplomatik nümayəndəliyin fəaliyyəti barədə informasiya, 212 ad, 229 telefon nömrəsi və 81 ünvanı – yəni səfirliyin hazırkı və keçmiş əməkdaşları, diplomatlar və onların ailə üzvlərinə aid məlumatları ötürüb.

Bundan əlavə, istintaq bildirir ki, təqsirləndirilən şəxs qarşı tərəflərə səfirliyin planını, ərazidə təhlükəsizlik prosedurları barədə məlumatları və Norveçin gizli xidmətinə aid kuryerlərin siyahısını da təqdim edib. Məlumat ötürülməsi Norveç, Serbiya və Türkiyədə keçirilən görüşlər zamanı baş verib. Əvəzində isə o, Rusiyadan 20 min avro nağd pul, İrandan isə ödənişi bitkoinlərlə alıb.

İttiham tərəfi sübut kimi təqsirləndirilən şəxsin Rusiya səfirliyinə göndərdiyi və “sizin üçün faydalı ola biləcək məlumatlar təqdim edə bilərəm” məzmunlu elektron məktubu təqdim edib. Norveçin NRK telekanalının məlumatına görə, ümumilikdə 42 məktubdan ibarət yazışma mövcuddur.

The New York Times nəşrinin yazdığına görə, təqsirləndirilən şəxsin adı Məhəmməd O. olub. O, 2024-cü ilin noyabrında həbs edilərkən 20 yaşında imiş. AFP və NRK-nin məlumatına əsasən, Məhəmməd O. Rusiya və İran səfirlikləri ilə əməkdaşlıq qərarını ABŞ səfirliyinin əməkdaşları və Norveç hüquq-mühafizə orqanlarının fələstinpərəst fəallara qarşı keçirdiyi təlimlərdən narazı qalması ilə izah edib.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, müvəkkili etdiklərinə görə peşmandır. Müdafiə tərəfi iddia edir ki, onun müvəkkili heç bir məxfi informasiyaya malik olmayıb və bu səbəbdən də üçüncü şəxslərə belə məlumat ötürməsi mümkün deyil.

Məhkəmə prosesi səkkiz iclasdan ibarət olacaq. Təqsirləndirilən şəxs günahkar bilinəcəyi təqdirdə, onu 21 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90