image-rt-reklam
image-1backend

“Muğanbank”da olan əmək haqqı kartlarındakı pullar qaytarılacaqmı? – İqtisadçı açıqladı

image-728x90

Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğanbank”da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi necə olacaq?

Qeyd edək ki, media və sosial şəbəkələrdə sözügedən bankda pulları qalan vətəndaşların cavab axtardığı əsas suallardan biri bununla bağlıdır.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, həmin vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir:

“Qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir. Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlərdə olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir”.

İqtisadçının sözlərinə görə, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. “Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”, – o qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90