image-2000x150
image-1backend

“MUĞAN BANK”-da BU QƏDƏR ƏMANƏTİN TALEYİ SUAL ALTINDADIR? – Kimlərin pulları bata bilər?

image-728x90

Bu gün Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilən “Muğan Bak” ASC-də yerləşdirilmiş on milyonlarla manat əmantin taleyi sual altındadır.

Oktyabr ayının 1-i tarixinə “Muğan Bank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub. Mərkəzi Bank açıqlamasında bildirib ki, bu müddətə Bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, hardasa, 106 milyon manatluq vəsaitin taleyi sual altındadır.

Bank sektorundan daxil olan məlumata görə bankda vəsaiti olan əmanətçilər və şirkətlərin nümayəndələri kütləvi şəkildə bank fiallarına axın edib. Onlar vəsaitlərinin taleyinin necə olacağından narahatdırlar.

Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə görə, banklarda sığortalanmış 100 min manata qədər vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır. Sığorta olunmayan əmanətlərin necə qaytarılacağı isə bəlli deyil. Daha əvvəl bağlanmış digər bankların təcrübəsi göstərir ki, ləğv olunmuş kommersiya qurumları ilə əmanətçilər arasında mühahisələr uzun illər ərzində davam edir və, çox vaxt müsbət nəticə ilə yekunlaşımır.

Xatırladaq ki, “Muğan Bank” ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb. Kommersiya qurumubndan bunun səbəbini sistem yenilənməsinin aparılması ilə əlaqələndirmişdilər.

Xatırladaq ki, nizamnamə kapitalı 137,5 milyon manat olan “Muğanbank” ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb.

Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl “Muğan Bank” ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib.

Bundan başqa bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb.

Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəfa Vəliyeva isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.

Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib.

Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır. Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçü profesordur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90