image-rt-reklam
image-1backend

Müəllimi baltalayaraq qətlə yetirən şəxs: “Mən meşədə olanda arvadıma sataşdı…”

image-728x90

Şirvan Apellyasiya Məhkəməsində Astarada tanışını qətlə yetirməkdə təqsirləndirilən Aslan Şüvünəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ulusal.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 01 may 2023-cü il tarixdə Astara rayonu Şümrüd kəndində qeydə alınıb. Belə ki, rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyev şəxsi münasibətlər zəminində 1969-cu il təvəllüdlü Eynəli Əzizovu balta ilə xəsarətlər yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. İttihama qeyd edilib ki, hadisə günü Aslan Astara rayonu Şümrüd kəndində yerləşən ailəsi ilə birgə yaşadığı Eynəliyə məxsus yaylaq sahəsində olub. O, Eynəli ilə birlikdə təsərrüfat işləri gördükdən sonra heyvanları tövləyə qaytarmaq üçün meşəyə gedib. Mərhum isə onun arvadı ilə evdə tək qalıb. Eynəli bundan istifadə edərək təqsirləndirilən şəxsin arvadına sataşıb intim münasibətdə olmaq istəyib. Aslan meşədən qayıtdıqdan sonra həyat yoldaşı ona bu barədə bildirib. O, hiddətlənərək qisas almaq niiyətilə Eynəli Əzizovu öldürmək qərarına gəlib, sonra yaylaqdan çıxıb qohumunun obasına tərəf gedən mərhuma saat 16:21-də zəng edib, meşə ərazisində dərədə mal-qaranın hürkmək səslərinin gəlməsini eşitdiyini söyləyib. Eynəli Əzizov isə dərəyə tərəf gəlib, arvadına sataşdığı üçün onunla mübahisə edib. Bu zaman özü ilə əvvəlcədən götürdüyü balta ilə Eynəli Əzizovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, onu xüsusi amansızlıqla qətlə yetirib. Aslan Şüvünəliyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, söyləyib ki, Eynəli Əzizovu onun arvadına sataşdığı üçün öldürüb.

Xatırlatma: Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib. O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çoxlu sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90