image-rt-reklam
image-1backend

Müdirinin silahı ilə özünü öldürdü

image-728x90

Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində intihar hadisəsi baş verib.

Ulusal.az xəbər verir ki, dünən saat 08 radələrində Kamallı kənd sakini Faiq Həsənova məxsus fermada çoban işləyən Bakı sakini 1977-ci il təvəllüdlü Nikolay Mixayiloviç Lanşov özünü güllələyib.

O, baş nahiyəsinə tüfəngdən atəş açaraq həyatına son qoyub.

Hadisə yerindən F.Həsənova məxsus müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90