image-rt-reklam
image-1backend

Müddətli hərbi qulluqçu atalıq məzuniyyətinə gedə bilər? – “Belə məsələlərdə problem yaradılmır”

image-728x90

“Hərbi xidmətdə atalıq məzuniyyəti deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır”.

Bunu “Yeni Sabah”a hərbi ekspert Ramil Məmmədli deyib.

O qeyd edib ki, övladı olan hərbi qulluqçular bu məqsədlə yalnız xidmət müddətində onlara verilən məzuniyyətdən istifadə edə bilər:

“Hərbi xidmətdə “atalıq məzuniyyəti” deyilən bir anlayış yoxdur. Əgər çağırışçının 3 uşağı varsa, o, ümumiyyətlə hərbi xidmətə aparılmır.

Onsuz da ali təhsil almış və xidmət müddəti 12 ayı əhatə edən müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün 6-cı ayın tamamında, 18 aylıq xidməti olanlar üçün isə 9-cu ayın tamamında 15 günlük məzuniyyət nəzərdə tutulur”.

Ekspert vurğulayıb ki, əgər hərbi qulluqçunun birinci dərəcəli ailə üzvləri arasında vəfat edən varsa, fors-major hal kimi 3 günlük məzuniyyət verilir:

“Nənə və babanın vəfatı da istisna hal kimi qəbul edilir. Hərbi qulluqçu 15 günlük məzuniyyətindən istifadə edib-etməməsindən asılı olmayaraq, dəfndə iştirakla bağlı ona 3 günlük məzuniyyət verilir. Bu məsələni aidiyyəti hərbi hissənin komandiri özü həll edir. Ümumiyyətlə, belə məsələlərdə əsgərlər üçün problem yaradılmır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90