image-2000x150
image-1backend

Müdafiə nazirinin yeni müavini kimdir? – DOSYE

image-728x90

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə nazirinə müavin – Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Ulusal.az xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib. 2020-ci ildə Muşfiq Xıdır oğlu Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Məlumatı Müdafiə Nazirliyi “Report”a təsdiqləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90