image-rt-reklam
image-1backend

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır

image-728x90

Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. 3 saata yaxın davam edən müsahibədə  ölkəmiz üçün mühüm olan müxtəlif istiqamətlər üzrə xalqımız üçün də maraqlı olan bir çox sualları cavablandırıb, gələcək prioritet məsələlərlə bağlı məlumat verilib, müxtəlif ölkələrə açıq mesajlar verilib. Prezidentin müsahibəsi nəinki ölkəmizdə, hətta qonşu dövlətlərin  gündəmində də xüsusi yer tutaraq mətbuatda dərc edilib.

Qeyd edilməlidir ki, bu müsahibə xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə tariximizdə ilk dəfə suveren ölkə olaraq yeni tarixə başlamışıq. Hər bir bölgəmizdə, hər qarış torpağımızda bayrağımız dalğalanır. Bütün bu gözəl, qürurverici hadisələrdən sonra bütün bunlar barədə müzakirə aparmaq, ölkəmizin qarşısında duran, gələcək nailiyyətlərimiz, inkişaf istiqamətləri barəsində Prezidentin fikirlərini, məqsədlərini öyrənmək azərbaycan vətəndaşı olaraq hər birimiz üçün əhəmiyyətlidir. Məhz biz də bu məqsədləri bilərək hər nəfərimizə kimi ölkəmizin qarşısında duran inkişaf planları, nailiyyətlərin əldə olunması üçün dövlətimizə dəstək olaraq çalışmalı və hər bir sahədə nüfuzunu qaldırmalı və inkişafına səbəb olmalıyıq.

Prezidentin müsahibəsi bir çox məqamları ilə yadda qaldı. Xüsusən də İlham Əliyevin dediyi kimi: “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən başlayır”.

Bəli, bu ən yeni tarixdir, öz ərazi bütövlüyü, suverenliyi, tarixi qələbəsi ilə  başlamış yeni tarixdir. Ölkəmizin tarixində nəinki 30 ilin, demək olar ki, 100 illiklərin ən böyük qələbəsi, zəfərdir. Müasir dövrümüzdə istər hərbi müstəvidə, istərsə də siyasi müstəvidə bu qələbəyə nail olmaq heç də asan deyildi. Dünyamız daim daha güclü, qüdrətli dövlətlərin təzyiqi, hədəsi ilə üzləşir. Lakin güclü Ali Baş Komandan, iradəli dövlət başçısı hesabına bu təzyiqlərə qalib gələrək, demək olar dünya tarixində separatizmi məhv edən, separatçıları, terrosristləri həbsə məhkum edən dövlətik. Təbii olaraq, hər birimiz Azərbaycanın əldə etdiyi bu nüfuzla qürur duyuruq. Eləcə də, bu, yeni tarixi bizə yaşatdıran yenilməz, qüdrətli ordumuz, vətənin hər qarışı üçün canını fəda edən real qəhrəmanlarımız, əsgərlərimizdir.

Musahibə zamanı prezident antiterror əməliyyatları və ondan sonra ölkəmizə qarşı olan münasibətlərə toxundu. Bu əməliyyatın baş tutmasının vacib olduğunu, qeyd edən Prezident müxtəlif dövlətlərin Ermənistanın yanında duraraq bizi bu addımı atmağdan geri çəkindirməyə çalışsalarda, bunun baş tutmadığını, müstəqil dövlət olaraq öz siyasətimii yeritdiyini qeyd etdi. Lakin bütün bunlara baxmayaraq, bəzi qərb dövlətləri hələ də Azərbaycan və ermənistan arasında sülhə deyil, yenidən müharibəyə təşviq edən addımlar atır, Ermənistanı silahlarla silahlandırmağa çalışırlar. Bütün bunlardan belə nəticəyə gələrək, iki dövlət arasında sülh proseslərinin  vasitəçisiz, qarşılıqlı anlaşma əsasında baş verməsi üçün Prezident İlham Əliyev təkliflər vermiş, və hazırda bu istiqamətlərdə müztəlif addımlar atılır.

Prezident İlham Əliyev müsahibə zamanı ölkələrarası kommunikasiya məsələlərinə də aydınlıq gətirib. Prezident bildirib ki, Ermənistan 10 Noyabr üçtərəfli bəyanatını yerinə yetirmək istəmir və müxtəlif bəhanələr gətirərək Zəngəzur dəhlizinin açılmasına qarşı qoyur, bundan boyun qaçırdığını qeyd etdi. Prezidentin də dediyi kimi bəzi dövlətlər, Azərbaycanı bu məsələ ilə bağlı Ermənistana hücum etməkdə günahlandırırlar, bütün bunlar Fransanın uydurduğu şayiələrdir. Və bu müsahibədə Ermənistana açıq mesajlarını vermiş və regionun inkişafı üçün doğru yolun nə olduğunu bəyan edilib.

Bəli, Prezidentin də dediyi kimi, əgər Azərbaycan bu müharibəni istəsəydi 3 il gözləməzdi, hətta Prezident İlham Əliyevin müsahibələrindən birində dediyi kimi biz Zəngəzura maşınlarla gedəcəyik, silahlarla, tanklarla deyil. Əminik ki, bir gün Prezident verdiyi sözləri yerinə yetirdiyi kimi, bunun da həyata keçirilməsinə nail olacaq.

Prezident müsahibə zamanı  nöbədənkənar prezident seçkilərinin olmasının səbəblərinə də toxunub və ictimaiyyəti bu  barədə məlumatlandırib. Belə ki, bu səbəblərdən birinin suverenliyimizin tam bərpası olaraq qeyd etmiş, tariximizdə belə zəfər olmadığını, dövlətimizin ən parlaq qələbəsidir və bu qələbə yeni dövrü əhatə edir. Bu yeni dövrün başlanğıcının da prezident seçkiləri ilə başlanmasını daha məqsədəuyğun hesab etmişdir. Prezidentin qeyd etdiyi digər dəbəb seçkilərin suveren dövlət olaraq, bütün ölkə ərazisində qeyd edilməsidir.

Bəli bu gün biz fəxrlə bu seçkilərə bütün ölkə ərazisində şahid olacayıq, məhz bu tariximizdə illərlə qalacaq hadisə olacaqdır. Belə bir tarixi hadisənin parçası olmaq, təbii ki, qürurdur.

Sonuncu səbəb kimi də Prezident İlham Əliyevin öz səlahiyyətlərinin icra etməsinin 20 ilinin yekunu ilə əlaqədardı. Prezidentin dediyi kimi: “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrə əsaslanmış olur”.

Prezident bütün bunlarla yanaşı ölkəmizin qarşısında duran inkişaf istiqamətlərinə, yeniliklərə, Qarabağa qayıdış, bərpa-quruculuq işlərinə, delimitasiya, demarkasiya işlərinə, sülh prosesinə də toxunub və qarşımızdakı bu kimi fəaliyyətlərə istiqamətlənməyimizin vacibliyi çatdırıb.

Prezident İlham Əliyev: Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə  öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var”.

Əlbəttə ki, Prezidentin də dediyi kimi bütün nailiyyətlərə, uğurlara, qələbəyə  nail olmağımız haqlı mövqedən çıxış etməyimizdir. Bugünkü nailiyyətlər eləcə də, uğurlu daxili, xarici siyasətin, güclü, təkmilləşmiş orduya malik olmağımızdır.

Gülər Baxışova

  Pedaqogika üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90