image-rt-reklam
image-heydar_aliyev_ilham_aliyev_090522backend

Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir – Millət vəkili

image-728x90

Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu həssas duyğunun təməlində tarixi ədaləti bərpa edə bilmiş xalqımızın ləyaqət hissi dayanır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini savaş meydanında bərpa etməklə təkcə tarixi keçmişini deyil, həm də müstəqillik seçimini qorumağa qadir olduğunu bütün dünyaya sübut etdi.

Otuz ildən artıq müddətdə ərazisinin 20 faizi işğala məruz qalan, milyona yaxın qaçqın və məcburi köçkün kimi ağrılı bir dərdi olan ölkənin öz dövlət müstəqilliyini itirməməsi, onu qorumaq naminə hər cür fədakarlığa hazır olması, həqiqətən, bənzərsiz ləyaqət və dövlət ərkanı nümunəsidir. Baxmayaraq ki, bir çox siyasi mərkəzlər uzun illər ərzində buna mane olmağa çalışıb. Onların ünvanı artıq Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Prezident İlham Əliyev elə bu gerçəkliyə görə 2022-ci ilin aprelində Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında bədxahlarımızın məkrli planlarına qarşı apardığımız tarixi mübarizənin nəticəsini bu cür ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Artıq bədxahlarımız da yaxşı bilirlər ki, əldə etdiyimiz tarixi Zəfər fədakarlıqlarla zəngindir. Hətta onlar da etiraf edirlər ki, əgər 31 il əvvəl-1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdıb Azərbaycanı vətəndaş müharibəsindən və dövlət müstəqilliyini itirmək təhlükəsindən qorumağa nail olmasaydı, bu gün qürur duyduğumuz Qələbə hələ çox illər xəyal olaraq qala bilərdi. Bənzərsiz dövlət idarəçiliyi təcrübəsinə görə Heydər Əliyev bu təhlükələri əvvəlcədən görür və əminliklə bilirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin gerçək mənada təmin olunması yalnız şəxsi fədakarlıq bahasına reallaşa bilər. Ulu Öndər məhz bu səbəbdən həm daxilimizdəki başıpozuq qüvvələrə, həm də xaricdəki bədxahlarımıza elə ilk gündən bu tarixi mesajı vermişdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri ona can atırlar-yox. Götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edim. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam, Azərbaycanın müstəqilliyini qorumuşam-qoruyacağam! Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq!”

Müstəqillik tariximizin ən böyük həqiqətlərindən biri ondan ibarətdir ki, Azərbaycanın gerçək mənada dövlət müstəqilliyinin təmin olunmasının təməlində Ulu Öndərin Xilaskar imzası, tarixi Zəfərimizin altında isə Prezident İlham Əliyevin Müzəffər imzası dayanır. İlahi və tarixi ədalətin təcəllisi ondadır ki, 15 iyun-Milli Qurtuluş Günündən başlanan Xilaskarlıq missiyası bu gün tarixi Zəfər zirvəsinə yüksəlib.

Bayramımız mübarək olsun!

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90