Mərkəzi Seçki Komissiyasının tenderinin nəticəsi ləğv edilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının paytaxtda və bölgələrdə 125 Dairə Seçki Komissiyaları fəaliyyət göstərir. Hər dairənin inzibati binasında 2 ədəd yanğınsöndürən balonları olduqda bu 250 yanğınsöndürən balonları ilə təchiz olunmuş olur. Araşdırmalarımız nəticəsində bütün növ yanğınsöndürən balonlarının doldurulması və yenisi ilə əvəz olunması 25- 35 manata arası təklif olunur. Lakin göründüyü kimi MSK elan etdiyi tenderdə yanğınsöndürən balonlarının doldurulması görə 44 min manat istifadə edəcəkmiş. Belə ki, 250 ədəd yanğınsöndürən balonları doldurulaması və texniki servisi 8-10 min manata başa gəlir. Bu da onu göstərir ki, bazar qiymətində fərqli şişirdilmiş rəqəmlər göstərilib.
Bu məsələ ilə bağlı MSK-dan heç bir açıqlama almaq mümkün olmadı.
Qeyd edək ki, 2000-ci ildən MSK-nın sədri Məzahir Pənahovdur.
Araşdırmalarımız davam edir.xalq.az