33Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında işə başlayıb.
Ulusal.az xəbər verir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında teatrda quruluşçu rejissor kimi çalışdığını vurğulayıb:
“Mədəniyyət Nazirliyinin dəvəti ilə müqavilə əsasında yanvarda Mingəçevir Dövlət Dram Teatrında rejissor kimi işə başladım. Teatrda ilk tamaşanı hazırladım və premyerası baş tutdu. Yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Varlı qadın” tamaşasını təqdim etdik. Camaat sevinir və gəlib tamaşaya baxırlar”.
Bir müddət əvvəl işsizlikdən şikayətlənən Valeh Kərimov bu sözləri də əlavə edib: “İşə başım qarışır və bir də görürəm ki, axşam oldu. İnsan işsiz çox darıxır”.
Qeyd edək ki, Valeh Kərimov “Bəxt üzüyü” filmində Moşu obrazı ilə məşhurlaşıb. Onun 79 yaşı var.