image-rt-reklam
image-1backend

“Mossad” rəhbəri BCM-nin baş prokurorunu hədələyib: Əmri görün kimdən alıb

image-728x90

İsrailli Yossi Koen “Mossad” xarici kəşfiyyat agentliyinin rəhbəri olarkən Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Fatou Bensudaya İsrailə yönəlmiş mümkün hərbi cinayət təhqiqatından imtina etməsi üçün təzyiq edib.

Ulusal.az xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.

Bildirilir ki, Koenin qambiyalı vəkil Bensuda ilə gizli əlaqələri İsrailin hərbi cinayətlərinin rəsmi təhqiqatından əvvəlki illərdə baş verib. Qəzetin yüksək səviyyəli İsrail mənbəsi Koenin ən yüksək səviyyədən səlahiyyət aldığını bildirib.

Əməliyyatdan xəbəri olan başqa bir mənbə Koenin İsrailin baş naziri Benyamin Netanyahunun “qeyri-rəsmi elçisi” kimi fəaliyyət göstərdiyini bildirib. Həmin dövrdə Yossi Koen Netanyahunun ən yaxın müttəfiqlərindən biri olub. Baş prokuror Bensuda da həmin vaxt təhdidlər aldığını məhkəmə rəsmiləri ilə bölüşüb.

“Mossad” həmçinin Bensudanın ailə üzvləri ilə ciddi maraqlanıb və ərinin gizli danışıqlarının stenoqramını əldə edib. İsrail hakimiyyəti daha sonra prokuroru gözdən salmaq üçün bu qeydlərdən istifadə etməyə çalışıb.

Bensudanın yerinə təyinat alan baş prokuror Kərim Xan BCM-dən Qəzza müharibəsi səbəbindən HƏMAS-ın üç üzvü, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallantın həbsinə qərar verilməsini istəyib.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90