image-rt-reklam
image-2backend

Mossad dəstəklədi: “Əl-Cəzirə”nin İsraildəki bürosu BAĞLANA BİLƏR

image-728x90

İsrailin Kəşfiyyat və xüsusi tapşırıqlar idarəsi (Mossad) rabitə naziri Şlomo Karhinin “ƏlCəzirə”nin ölkədəki bürosunu bağlamaq təklifini dəstəkləyir.

Ulusal.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, Karhi Qətər televiziyasını HƏMAS-ı dəstəkləməkdə və İsrail əsgərlərini Qəzza zolağından potensial hücumlara məruz qoymaqda günahlandıraraq, hökumətdən “Əl-Cəzirə”nin ölkədəki bürosunun bağlanmasını istəyib.

Belə ki, oktyabrın 15-də rabitə naziri tərəfindən irəli sürülən təşəbbüs artıq Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən dəstəklənib.

Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi bununla bağlı daha əvvəl əks fikirdə idi.

Bildirilir ki, İsrail Baş Təhlükəsizlik Xidməti isə daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90