image-2000x150
image-1677503230_arzuman-222-2backend

“Moskvadakı görüş Ermənistanın sülhə hazır olmadığını göstərdi” -Arzuman Muradlı

image-728x90

“Moskvadakı görüş Ermənistanın hələ də sülhə hazır olmadığını bir daha göstərdi. Bu görüşdə də Prezident İlham Əliyev Ermənistanın iç üzünü bir daha açdı” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki, İlham Əliyev öz çıxışı ilə  Paşinyanı yerində oturtdu.

“İlham Əliyev bir daha Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu Rusiyanın moderatorluq etdiyi platformada elan etdi və separatçıların bel bağladığı Moskvaya da mövqeyini çatdırdı.Bölgədə yaşamaq, həmçinin, Laçın postundan maneəsiz istifadə etməyin yeganə yolunun Azərbaycan vətəndaşlığını qəbul etmək olduğu mesajını verdi. Əliyevin Paşinyana cavabı həm də masada əyləşən Putinə mesaj idi.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90