image-2000x150
image-ilham-putin-pasinyanbackend

Moskvada verilən prinsipial cavab: Və ya həm Rusiya, həm də Ermənistana ötürülən mesaj

image-728x90

“Dəhliz sözü beynəlxalq hüquqda qəbul edilmiş anlayışlardan biridir. Paşinyan yəqin ki, dəhliz sözünü gömrük yoxlamaları və sərhəd yoxlamaları kimi nəzərdə tutaraq etiraz edir. Biz bəyan etmişik ki, əgər Laçın yolunda dəhliz məntəqəsi varsa, Ermənistan da onun ərazisindən keçən tranzit xətlərinin hər birində həm nəzarət, həm də gömrük xidmətini qura bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Paşinyanın müdaxiləsi yersiz idi. Amma Azərbaycan Prezidenti bu “iddialara” kifayət qədər prinsipial cavabını verdi və bildirdi ki, beynəlxalq hüquqa zidd bir anlayış deyil:

“Nikol Paşinyan iddia edir ki, Laçın yolu bağlıdır. İlham Əliyev bildirdi ki, heç bir yol bağlı deyil, sadəcə olaraq orada nəzarət buraxılış məntəqəsi qurulub. Onun yaxınlığında Rusiya sülhməramlılarının nəzarət məntəqəsi də var”.

Politoloq bildirib ki, İlham Əliyev bir məsələni xüsusilə vurğulayıb:

“Prezidentin işlətdiyi “Xankəndində yaşayan erməni əsilli Azərbaycan vətəndaşları” ifadəsi həm Rusiya, həm də Ermənistan üçün kifayət qədər tutarlı arqument idi və həmin arqument vasitəsi ilə Qarabağın dağlıq hissəsinin Azərbaycana mənsubluğu barədə fikirlər bir daha təsdiqini tapmış oldu

İlham Əliyev təmkinli və sərt formada Paşinyana xəbərdarlıq etməklə, hadisələri yanlış izah etməməsini tövsiyə etdi”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90