Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var.
Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Şanslar çox yaxşıdır. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən konkret cavab alan kimi sizə mütləq məlumat verəcəyik”, – deyə o bildirib.





















