image-rt-reklam
image-1backend

Moskva Paşinyana bəzi məsələlərdən narahatlığını bildirib

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb

Bu barədə Rusiya hökumətinin press-relizində deyilir.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.

Mixail Mişustin və Nikol Paşinyan müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasının vacibliyini qeyd ediblər.

Baş nazirin müavini Aleksey Overçuk bildirib ki, Paşinyan Mişustinlə görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini təsdiqləyib.

Overçuk bildirib ki, Rusiya və Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığı müzakirə edir. Onun sözlərinə görə, Moskva da bu qarşılıqlı əlaqə ilə bağlı bir sıra məsələlərdən narahatlığını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90