Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının ərazisindən çıxarılmayana qədər Moskva Kiyevlə heç bir danışıq aparmayacaq.
TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva vaxtı ilə saat 05:23-də hava hücumundan müdafiə qüvvələrinin Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna rayonlarında 14 pilotsuz təyyarənin vurulduğunu bildirib.
PUA hücumları nəticəsində Ramenskdə yaşayış binalarına ziyan dəyib. Lyublino rayonunda isə 11-12-ci mərtəbələrdəki mənzillər yanıb. 9 yaşlı uşaq ölüb.
Digər PUA isə Ramensk şəhərinin Vısokovoltnaya küçəsindəki evə dəyib. Nəticədə 9-cu mərtəbədəki mənzilə ziyan dəyib. Hadisə zamanı bir nəfər yaralanıb.
Paytaxt istiqamətinə hücum edən PUA-lardan biri Jukovski hava limanı ərazisinə düşüb. PUA hücumları ilə bağlı Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlar təxirə salınıb və ya ləğv edilib.