Ermənistan hökuməti Rusiyadakı səfir Vaqarşak Arutyunyanı əvəz etmək qərarına gəlib.
Ulusal.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.
“Etibarlı mənbələrin məlumatına görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılacaq. Lakin Rusiya Ermənistan parlamentinin hazırkı üzvü Qurgen Arsenyanın yeni səfir vəzifəsinə namizədliyini rədd edib”, – deyə nəşr bildirib.
Qeyd edək ki, Qurgen Arsenyan əsas erməni biznesmenlərindən biri hesab olunur. O, Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının üzvüdür. Erməni mediası qeyd edir ki, Arsenyan bundan əvvəl Rusiya əleyhinə bəyanatlar verib.Musavat.com