image-rt-reklam
image-zaxarovabackend

Moskva Cənubi Qafqaza görə NATO-nu qınadı: Türkiyəyə də söz atdı

image-728x90

Rusiya hakimiyyəti əmindir ki, NATO-nun Cənubi Qafqaza müdaxiləsi mənfi nəticələrə gətirib çıxaracaq və regionda vəziyyəti daha da pisləşdirəcək, tam hüquqlu nizamlanmanı gecikdirəcək.

Ulusal.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza xüsusi maraq göstərir. Diplomat vurğulayıb ki, NATO-nun bölgəyə müdaxiləsi və mövcudluğu sabitliyin pozulmasına və tam hüquqlu nizamlanmanın uzun müddət gecikməsinə gətirib çıxaracaq.

Zaxarova həmçinin bildirib ki, Ukrayna və Qərb Gürcüstanı Qafqazda Rusiyaya qarşı yeni cəbhə açmağa çağırır.

Ötən il NATO-nun sözçüsü Xavyer Kolomina demişdi ki, Cənubi Qafqaz alyans üçün strateji əhəmiyyətli regiondur və o, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90