image-2000x150
image-moskvabackend

Moskva bu planı Bakı və Tehranla razılaşdırdı: Azərbaycan ərazisindən Ermənistana…

image-728x90

Moskva Azərbaycan vasitəsilə Ermənistana, oradan isə İrana və digər ölkələrə 300 MVt elektrik enerjisi tədarükü imkanlarını nəzərdən keçirir.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov RİA Novosti agentliyinə müsahibəsində bildirib.

“İndi biz sadəcə olaraq, elektrik enerjisinin Azərbaycan ərazisi vasitəsilə Ermənistana, ondan İrana və bəlkə də daha çox digər ölkələrə çatdırılması imkanlarını nəzərdən keçiririk. Birinci mərhələdə biz Tehran və Bakı ilə razılaşırıq ki, mövcud infrastrukturdan yeni tikinti aparılmadan istifadə etsinlər”, – nazir deyib.

Onun sözlərinə görə, layihənin bütün iştirakçıları bunda maraqlıdırlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90