image-rt-reklam
image-2f572a99-d627-4b36-8355-73dbe8975a39backend

MOLLA ARVADLARI “ABIRA SALIR”

image-728x90

KİV-in yaydığı xəbərə görə, İran «İslam Respublikası» prezidentinin həyat yoldaşı Cəmilə Alamalxoda ölkədə nüfuzlu qadınların Ümumdünya ittifaqının yaradılacağını elan edib. Bu barədə yanvarın 21-də İranın anonim «ZURNA» agentliyi (İRNA agentliyinin alternativi) xəbər yayıb.

Prezident övrəti bu barədə Tehranda, nüfuzlu qadınların birinci beynəlxalq konfransının yekununa xəbər verib.

Cəmilə xanımın məlumatına görə, nüfuzlu qadınların ikinci beynəlxalq konfransının Ermənistanda keçirilməsi təklifi Nikolun arvadı Anna Akopyan tərəfindən səsləndirilib və Tehran konfransında müsbət qarşılanıb. «TƏRS» informasiya agentliyinin (FARS agentliyinin alternativi) məlumatına görə, konfransdan sonra ötən müddət ərzində bir sıra ölkələrdən olan çox məşhur (nüfuzlu) arvadlar Tehrana gəlmək və İran paytaxtında «əxlaq polisinin» qabaqcıl iş təcrübəsi ilə tanış olmaq arzusunu bildiriblər.

Məsələn, Anna Akopyandan sonra məşhuri-cahan Kim Qardaşyan də həm Tehrana səfər etmək, həm də Ermənistanda keçiriləcəyi gözlənilən ikinci konfransda iştirak etmək arzusunda olduğunu bildirib. Xəbərə görə, bu məşhur arvadı İranın xarici işlər naziri ağayi Abdulla(yan) şəxsən qarşılayıb, məşhur «nağılbaz» isfahanlı Hacıbabanın («İsfahanlı Hacıbabanın macarəları» romanının qəhrəmanı) «suya girdiyi» tarixi hamama aparacaq. Molla Çılpağın rəvayətinə görə, bu hamamın suyu isti halda yerin altından qaynayıb çıxırmış, amma molla Zatıqırıq buna əfsanəvi tarixçə fikirləşibmiş ki, guya hamamın suyu bircə şamın işığına (istisinə) qızdırılırmış. Deyilənə görə, bu hamamda usta kisəçilər də var…

Ermənistanın «Zarat-Zurat» xəbər portalı isə xəbər verir ki, Burkina-Fasodan çıxarılacaq Fransa zənən ordu kontingentinin məşhurları da ikinci konfransa qədər Tehrana toplaşacaqlar və kişi xeylağı əsgərləri necə abıra salmağın yollarından «Mazandaran universitetində» çarşablı-ərsiz arvadlara mühazirə oxuyacaqlar. Xəbər verilir ki, dünyanın məşhur arvadları Tehranda həm də İran İslam Respublikasında əxlaq polisinin iş təhrübəsi ilə yaxından tanış olacaqlar.

Belə ki, qeyri-rəsmi məlumatlara görə, ötən dövr ərzində Tehranda yaşayan, çarşabı düzgün geyinməyən əxlaqsız arvadlarla əxlaq polisinin apardığı profilaktik tədbirlər ayağı sürüşkən arvadların ciddi marağına səbəb olub. Deyilənə görə, əxlaq polisində nataraz-nataraz «yasavullar» xidmət keçirlər. Onların əlinə düşən çarşabı əyilmiş arvadlar canlarını xilas etmək üçün intihar yoluna qədəm qoyub, cənnətə tələsirlər. Baş molla da ölülərin dəfnini və onlara ehsan verilməsini yoluna qoyur ki, əhali arasında narazılıq artmasın, rejimin dayağı olan pisniyyət mollalar da tox olsunlar…AzPolitika.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90