Moldovada seçkilərin ilkin nəticələri açıqlanıb.
Ölkənin Mərkəzi Seçki Komissiyası protokolların 97,16 %-ini hesablayıb.
Moldovanın hazırkı prezidenti Maya Sandu prezident seçkilərində 41,53%, Sosialistlərin namizədi Aleksandr Stoyanoqlo isə 26,52% səs toplayıb.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq. Son nəticələrdən görünür ki, Moldovada seçkilərin ikinci turu keçirəcək.
MSK-nın seçki məntəqələrinin 97,66%-nin məlumatlarına görə, səslərin hesablanmasının son saatlarında Moldovanın Avropaya inteqrasiyasının tərəfdarlarının və əleyhdarlarının sayı belə olub: 721,760-a qarşı 721,672. Ancaq faiz baxımından bərabərlik var – ölkənin Aİ-yə üzvlüyünün lehinə və əleyhinə 50,00%.
Moldovanın tərkibindəki Qaqauz muxtariyyətində seçicilərin 94,84%-i respublikanın Aİ-yə inteqrasiyasının əleyhinə səs verib.
Qondarma Dnestryanı Respublikasında seçicilərin 62,6%-i respublikanın Aİ-yə inteqrasiyasının əleyhinə səs verib.