image-rt-reklam
image-1backend

Mitsotakisdən Türkiyə ilə bağlı qalmaqallı açıqlama: Bu iddiadan əl çəkməsə…

image-728x90

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə əleyhinə qalmaqallı açıqlamalar verib.

Ulusal.az xəbər verir ki, xəbər saytlarından birinə müsahibə verən Mitsotakis bildirib ki, Türkiyə Egeydəki iddialarından əl çəkməsə, Avropa İttifaqının resurslarına çıxışı bloklana bilər.

O vurğulayıb ki, Türkiyə “Casus Belli” doktrinasını qoruyarsa, Avropa maliyyə dəstəyini dayandırmalıdır.

Mitsotakisin müsahibəsində diqqəti çəkən digər məqam isə Türkiyə ilə müdafiə sahəsində aparılan müqayisə olub. Yunanıstanın hava gücünə vurğu edən baş nazir Türkiyə üzərində hərbi üstünlük əldə etdiklərini bildirib:

“Türkiyə üzərində hava sahəsində üstünlük əldə etdik. Bir il ərzində ən son texnologiya ilə təchiz edilmiş üç yeni freqatımız olacaq. Yunanıstanın müdafiə sərmayələri strateji üstünlükdür”.

Avropanın Türkiyəyə qarşı siyasətini tənqid edən Mitsotakis Almaniya, Fransa və Böyük Britaniyanın Ankaraya silah satışını hədəfləyib. O, Qərbin Türkiyəyə müdafiə dəstəyinə sərt reaksiya verib. İddia edib ki, Qərb Türkiyəyə həmişə silah verib.

Baş nazir Avropa İttifaqının Türkiyə ilə münasibətlərdə daha effektiv siyasət yürütməli olduğunu müdafiə edib. O, Türkiyəyə diplomatik təzyiqlərin davam edəcəyini də qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90