image-rt-reklam
image-1696230496_839bb89b-9c47-35b4-b83c-277a1f57886e_850-jfifbackend

MİT Suriyada əməliyyat keçirib, PKK-nın “rəhbər şəxsi” məhv edilib

image-728x90

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında Kamışlı bölgəsində əməliyyat keçirib, PKK-nın “rəhbər şəxsi” məhv edilib.

Bu barədə MİT-dən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının asayiş məsələləri üzrə “rəhbər şəxsi” Müzdelif Taşkın zərərsizləşdirilib.

Onun 2007-ci ildə baş tutan Dağlıca hücumunun iştirakçısı olduğu vurğulanıb.

Terrorçunun kod adının Aslan Çele olduğu bildirilib.

Qeyd edək ki, 2007-ci ildə terrorçuların Türkiyə Silahlı Qüvvələrinin Dağlıca kəndində yerləşən hərbi hissəsinə hücumu nəticəsində 12 hərbçi şəhid olmuş, 16 hərbçi isə yaralanmışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90