Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin XİN rəhbəri Hakan Fidanla Yeni il öncəsi telefon danışığının təfərrüatlarını açıqlayıb.
Ulusal.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında danışıb.
Mirzoyanın sözlərinə görə, tərəflər bir-birlərinə təbrik və arzularını çatdırıb, həmçinin dünyadakı vəziyyəti və regional məsələləri müzakirə ediblər. Diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması perspektivlərindən danışan Mirzoyan qeyd edib ki, Türkiyə tərəfi məsələni Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına bağlayır.
Erməni nazirin fikrincə, Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla da eyni prosesi asanlaşdıracaq. Amma dialoq həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində davam etməlidir.