image-rt-reklam
image-1backend

Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verdi 

image-728x90

Millinin və “Keşlə”nin keçmiş yarımmüdafiəçisi Mirhüseyn Seyidov AFFA-nı məhkəməyə verib.

Keçmiş futbolçunun vəkili Elcan Həsənli Referans.az-a açıqlamasında bu haqda danışıb.

“Hazırda bu məsələ ilə bağlı məhkəməyə müraciət etmişik. İş Xətai rayon məhkəməsində icraatdadır. 19 dekabr tarixində məhkəmənin ilk hazırlıq iclası keçiriləcək. Mirhüseyn Seyidova vurulmuş maddi ziyanın ödənilməsini Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasından tələb edirik”.

Qeyd edək ki, “Keşlə” klubunun futbolçusu Mirhüseyn Seyidov 2017-ci ildə futboldan ömürlük olaraq uzaqlaşdırılıb. Səbəb isə AFFA İntizam Komitəsinin onu oyun alğı-satqısında günahlandırması olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90