image-rt-reklam
image-vasif_kafarov_deputatbackend

Minsk prosesinin bağlanması Azərbaycanın diplomatik və geosiyasi uğurudur – Millət vəkili

image-728x90

“ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların, Minsk Konfransı, Fəaliyyətdə olan Sədrin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması qərarı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində tarixi və siyasi baxımdan yeni mərhələ açır. Bu institutlar uzun illər danışıqlar üçün yaradılmışdı, lakin real nəticə vermədiyindən, son illərdə formal xarakter daşımağa başlamışdı. Azərbaycanın işğal altındakı ərazilərini azad etməsi və özünün suverenliyini bərpa etməsi ilə münaqişə reallıqda öz həllini tapdı və Minsk prosesinin lüzumsuzluğu tam aydın şəkildə ortaya çıxdı.”- bu fikirləri Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın dövlət maraqları baxımından bu qərar ilk növbədə onun suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması deməkdir.

“Bu, illərlə vurğulanan “ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz” prinsipinin təsdiqi oldu. Eyni zamanda, köhnəlmiş və nəticəsiz mexanizmin ləğvi Azərbaycanın diplomatik baxımdan haqlı mövqeyini bir daha sübut etdi. Bu uğurların arxasında isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük zəhməti, qətiyyəti və prinsipial mövqeyi dayanır. Onun dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq müstəvidə qəbul edildi və bu qərar reallığa çevrildi. Minsk prosesinin bağlanması həm də Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin qəbul olunduğunu göstərir. Vaşinqton görüşündə əldə olunan razılaşmalar əsasında atılan bu addım regionda sabitliyin bərqərar olmasına və Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə şərait yaradır. Qərarın ATƏT-in iştirakçı dövlətləri tərəfindən konsensusla qəbul olunması isə Azərbaycanın mövqeyinin yalnız regional deyil, həm də qlobal səviyyədə qəbul edildiyini təsdiqlədi. Bu, həmçinin ATƏT-in gündəliyinin yenilənməsi və regionda daha çevik, real çağırışlara uyğun fəaliyyət göstərməsi üçün mühüm fürsət yaratdı. Nəticə etibarilə, Minsk prosesinin bağlanması Azərbaycanın diplomatik və geosiyasi uğurudur. Bu qərar həm ərazi bütövlüyümüzün beynəlxalq müstəvidə tanınmasının göstəricisi, həm də Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm dönüş nöqtəsidir. Bütün bu nailiyyətlər Azərbaycan Prezidentinin qətiyyətli liderliyi, prinsipiallığı, ardıcıl və yorulmaz səyləri sayəsində əldə olundu.”- deyə Vasif Qafarov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90