image-2000x150
image-ceyhun-11backend

Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır

image-728x90

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi, müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı 2025-ci ildə bu stansiyanın açılışının qeyd ediləcəyini bildirdi.

Bu ölkəmizin enerji potensialını gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir.
Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsinin ətraf mühitə də çox böyük faydası olacaqdır. Belə ki, karbon qazının miqdarı 2 milyon ton azalacaq.
Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir.

Stansiyanın tikintisində İtaliya və Çin şirkətləri iştirak edəcək. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Eyni zamanda Azərbaycan neftinin və qazının böyük hissəsi İtaliya bazarına çatdırılır.

Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan mənfur düşmənimiz Mingəçevir Elektrik Stansiyasını da atəşə tutaraq Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi.

Hazırda azad edilmiş torpaqlarımızda 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb.

Bu görüşün əhəmiyyəti böyükdür. Bu ölkələrimiz arasında dostluğun rəmzidir. Böyük səbirsizliklə gözləyir və inanırıq ki, stansiya inşa edildikdən sonra ölkəmizin enerji potensialını gücləndirəcək, xarici tərəfdaşlarla yeni layihələrə yol açacaqdır.

Ceyhun Məmmədov

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90