image-2000x150
image-1backend

“Mina xəritələri Xankəndidə qalıb” – Melkonyan AÇIQLADI

image-728x90

Ermənistan parlamentinin deputatı itkin düşərək qarşı tərəfə keçmiş azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı açıqlama verib.

Ulusal.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan deyib.

O, “Azərbaycan əsgərini niyə qaytarırıq?” sualına belə cavab verib: “Buna hakimiyyət qərar verir, hər şeyi birbaşa deyə bilməzlər. Razısınızmı ki, əsirlərin qaytarılması əvəzinə Zəngəzur dəhlizini verək?”

Melkonyan mina xəritələrinin Azərbaycana verilməsi tələbindən də danışıb: “Qarabağ erməniləri Ermənistana gələndə, o xəritələr Stepanakertdə (Xankəndi şəhəri – red.) qaldı, gedib götürsünlər”.

Xatırladaq ki, antiterror əməliyyatından sonra separatçı rejimin bütün sənədləri yandırması ilə bağlı görüntülər mediada dərc olunmuşdu.”Unikal”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90