image-2000x150
image-1backend

Milli Məclisin Gənclər və idman komitəsinin onlayn iclası oldu

image-728x90

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyasında onlayn formatda keçirilən ilk iclasında iştirak etdim.

Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təqdimatında 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı dinlədik. 2023-cü ilin ölkəmizdə tarixi hadisələrlə yadda qaldığını vurğulayan Milli Məclisin vitse-spikeri bildirdi ki, “Heydər Əliyev İli” çərçivəsində həm ölkəmizdə, həm də xarici ölkələrdə bir sıra yerli və beynəlxalq tədbirlərin keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin suverenliyinin bərqərar olunması, “boz zona”lara birdəfəlik son qoyulması bu ilin ən böyük tarixi hadisəsi idi və keçdiyimiz il ölkəmiz üçün uğurlarla yadda qaldı. “2024-cü ildə də bizi mühüm hadisələr gözləyir, 7 fevral tarixində xalqımızın dili ilə desək “Zəfər seçkiləri” keçiriləcək. Daha sonra ölkəmiz “COP-29” kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Hansı ki, belə beynəlxalq tədbirlərin Azərbaycanda təşkili ölkəmizin artan qüdrətinin, nüfuzunun göstəricisidir”, – deyə komitə sədri bildirdi.

Daha sonra Gənclər və idman komitəsinin cari ilin yaz sessiyası üçün iş planının layihəsi ilə tanış olduq.
Qeyd edim ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitənin təsdiq olunmuş iş planına əsasən gənclərin və idmançıların iştirakı ilə ictimai dinləmələr, görüşlərin keçirilməsi, şəhid ailələrini ziyarət kimi vacib məsələlər öz əksini tapıb. Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekofəal gənclərlə, təşkilatlarla, tələbələrlə görüşlərin keçirilməsi və s. digər ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.

İclasın sonunda həmkarlarım ilə birlikdə Gənclər və idman komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planını təsdiqlədik.

Jalə Əhmədova

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90