image-2000x150
image-sebine-xasayecabackend

Milli Məclisin fəaliyyətinə etimad çıxışı  

image-728x90

Azərbaycanda növbədənkənar prezident seçkiləri böyük siyasi coşqu ilə keçdi. Xalq inandığı, sevdiyi Prezidentinə yenə etimad göstərdi. Qurucu Prezident olduğuna görə, qalib sərkərdə olduğuna görə, Azərbaycanın iqtisadi qüdrətini artırdığına görə, işğaldan azad edilmiş ərazilırdə böyük quruculuq işlərinin uğurlu təşkilinə və uğurlu davamına görə, Böyük qayıdışa görə…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında bir sıra mühüm məsələlərə aydınlıq gətirdi ki, deputatlar da, ictimailəşəndən sonra vətəndaşlar da azərbaycan dövlətçiliyinin qüdrətindən bir daha qürurlandılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında eyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident onu da bildirdi ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi qiymət, seçkilərin tanınması deməkdir.
“Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.
Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddlüyünü xatırladan Azərbaycan Respublikasının Preidenti cənab İlham Əliyev dedi: “İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.
Seçicilər ilə daim təmasda olmağın zəruriliyin bir daha xatırladan ölkə başçıısı çıxışında sonra dedi ki, “Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur”.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı həm Milli Məclisin fəaliyyətinə etimad çıxışı kimi dinlənildi, həm də onun fəaliyyətinin siyasi proseslərlə gələcək koordinasiyası baxımından səmərəli olacağına inamı artırdı…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90