image-rt-reklam
image-img-20231213-wa0063backend

Milli Məclisin deputatı Səbinə Xasayeva Xocəsən bələdiyyəsində vətəndaşları qəbul edib

image-728x90

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 13-də Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında  qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib.

Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yolların asfaltlaşdırılmasının və ışıqlandırılmasının başa çatdirilmasına,  157 nömrəli avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər, günorta və axşam vaxtlarında  marşruta  əlavə avtobusların buraxılmasına, qəzalı vəziyyətdə olduğuna görə 328 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsinə, qəsəbədə kanalizasiya şəbəkəsinin  yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, müharibə veteranı adının verilməsinə, əhali arasında hüquqi təbliğatın gücləndirilməsinə, qeyri-hökumət təşkilatının qeydiyyatdan keçirilməsinə, işə qəbul olunmalarına, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdiyi təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb,  nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon Xocasən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
image-img-20231213-wa0036 image-img-20231213-wa0058 image-img-20231213-wa0059 image-img-20231213-wa0035 image-img-20231213-wa0060 image-img-20231213-wa0061 image-img-20231213-wa0062 image-img-20231213-wa0063

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90