image-rt-reklam
image-img-20230616-wa0067backend

Milli Məclisin deputatı Səbinə Xasayeva Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

image-728x90

2023-cü il iyunun 16-da 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonundakı Puta qəsəbə inzibatı dairəsi üzrə nümayəndəliyin binasnda bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

Qəbula gələnlər məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə və işıqlandırılmasına, 126 nömrəli marşrutun fəaliyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşgulluq proqramına cəlb olunmalarına, yeni iş yerlərinin yaradılmasına,işsizliyə görə ünvanlı dövlət sosial yardım almaq hüququnun təyin edilməsinə, işə qəbul olunmalarına və digər problemlərin aradan qaldırılmasına köməklik göstərilməsni xahiş ediblər.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə ediblər, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşmasına xidmət edir.
Qəbulda Qaradağ rayon icra hakimiyyəti başçisinin Puta qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.

image-img-20230616-wa0067 image-img-20230616-wa0068 image-img-20230616-wa0069 image-img-20230616-wa0070 image-img-20230616-wa0071 image-img-20230616-wa0065

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90