image-2000x150
image-jale-22backend

Milli Məclisin deputatı Jalə Əhmədova: “Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra aktual məsələlərə toxundu və mühüm mesajlar verdi”

image-728x90

Prezident İlham Əliyev bir neçə gün əvvəl aprelin 18-də Salyan şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən inkişaf proqramları barədə ətraflı məlumat verdi. Ölkə başçısı bildirdi ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.

Ölkə başçısı diqqətə çatdırdı ki, Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Cənab Prezident bildirdi ki, bu gün ölkəmiz dinamik şəkildə inkişaf edir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir.
Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində – Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük.
Cari ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, büdcəyə əlavələr edək. Büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq.
Ölkə başçısı müsahibəsində Ermənistanda baş qaldıran revanşist qüvvələr, Azərbaycan Ordusunun 2020-ci illə müqayisədə bu gün daha da güclü olması, dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycanda davam edən inkişaf, Qarabağda və Şərqi Zəngəzurda gedən işlər, keçmiş məcburi köçkünlərin bu ilin yay aylarında Laçın şəhərinə qayıtması planı, işğaldan azad olunmuş ərazilərin bərpası, Şuşa, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası, məktəblərin, xəstəxanaların, sosial obyektlərin, məscidlərin yenidən tikilməsi, Azərbaycan tərəfindən Ermənistanla danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər, sülh müqaviləsinin imzalanması, Qarabağda yaşayan ermənilərin gələcəyi, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması və digər aktual məsələlərlə bağlı fikirlərini açıqladı.
Ölkə başçısı bildirdi ki, Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türk dünyasının hər bir övladı Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları Ermənistanda – düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.

Jalə Əhmədova

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90