image-rt-reklam
image-img-20231020-wa0067backend

Milli Məclisin deputatı Çexiyada səfərdədir

image-728x90

Xəbər verildiyi kimi, Milli Məclisin deputatı, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Elnur Allahverdiyev Çexiyada səfərdədir.

İşçi qrupunun rəhbəri Praqada çexiyalı həmkarları ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycanda və regionda baş verən proseslər, ərazi bütövlüyümüzün bərpa olunması ilə işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işləri barədə geniş məlumat verilib.
Çexiyalı deputatlar – Yan Kubik və Mixal Ratiborskinin Bakıya və işğaldan azad edilmiş Ağdam şəhərinə səfərlərini xatırlayan Elnur Allahverdiyev, belə geniş tərkibdə çex deputatlarla görüşün əhəmiyyətini vurğulayıb. O, Çex parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri Stanislav Berkovets, Yaroslav Faltinek, Vatslav Kral, Mixal Ratiborski, Yaroslav Foldina və Yan Kubiklə apardığı danışıqları məhsuldar adlandırıb, ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

image-img-20231020-wa0068image-img-20231020-wa0069image-img-20231020-wa0067

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90