image-rt-reklam
image-elnurbackend

“Milli Məclis parlament diplomatiyası çərçivəsində effektiv fəaliyyət göstərir”

image-728x90

“Təəssüf ki, Ermənistan rəhbərliyinə, o cümlədən erməni xalqına 2020-ci ilin 44 günlük müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığın çağırışları çox gec çatır. Yoxsa döyüş meydanında aldıqları acı məğlubiyyətdən çoxdan nəticə çıxarardılar. Bu səbəbdəndir ki, sərhədlərin müəyyən edilməsi, yekun sülh müqaviləsinin imzalanması kimi məsələlər müharibənin bitməsinə baxmayaraq, hələ də tam reallaşmayıb və yaxud gecikib. Burada təbii ki, Ermənistan rəhbərliyinə təzyiq edən, yalan vədlər verən üçüncü tərəfi da unutmamalıyıq”.

Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev “Qafqazinfo”ya Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşünü şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, “üçüncü tərəf”in hansı dövlət və ya dövlətlər olduğu sirr deyil: “Bu baxımdan, parlament sədrlərinin Cenevrədə keçirilən ikinci görüşü Yerevanda reallığı anlamağa başladıqlarının göstəricisi kimi izah olunmalıdır. Hamı bilməlidir ki, bu bölgənin problemləri onun üzvlərinin birgə səyləri ilə həll edilməlidir və ediləcək. Üçüncü tərəfin öz maraqları naminə hadisələrə müdaxiləsi region üçün heç vaxt müsbət heç nə vəd etməyib və etmir. Bundan yalnız yerli xalqlar əziyyət çəkir. Hazırkı halda Ermənistandakı daxili siyasi vəziyyət, ölkənin iqtisadi durumu bunun sübutudur”.

E.Allahverdiyev hesab edir ki, parlament sədrlərinin görüşünün dayanıqlı sülhə doğru gedən yolun daha tez qət edilməsi baxımından cidd önəmi var. “Bu prosesdə qanunverici orqanlar yaxından iştirak etməlidirlər. Milli Məclis parlament diplomatiyası çərçivəsində olduqca aktiv və effektiv fəaliyyət göstərir. Bu, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun mühüm tərkib hissələrindən biridir. Eyni zamanda, Ermənistan parlamentinin də prosesə qoşulması müsbət haldır. Parlamentdə təmsil olunan deputatlar əhali tərəfindən seçicilir. Bu, gedişat barədə erməni əhalisinin marifləndirilməsi üçün vacibdir. Yekun sülh üçün Ermənistan qanunvericiliyində bir sıra mühüm dəyişikliklər olmalıdır”, – deyə millət vəkili bildirib.

E.Allahverdiyevin fikrincə, Ermənistanın bir sıra qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları var və onların aradan qalxması mütləqdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90