image-rt-reklam
image-fb_img_1681581473643backend

Millət vəkilləri Fazil Mustafanı ziyarət etdi – FOTO

image-728x90

“Bu gün həmkarlarım Məşhur Məmmədov və Mahir Abbaszadə ilə Fazil bəyin qonağı olduq. Dəyərli həmkarımızı ziyarət etdik. Şükürlər olsun, evində, ailəsinin yanındadır. İnşallah tezliklə Milli Məclisə işinə dönəcək.”- Ulusal.az xəbər verir ki, bunu sosial şəbəkə hesabında millət vəkili Elnur Allahverdiyev yazıb.

Millət vəkili əlavə edib ki, Fazil Mustafaya silahlı hücum edənlər bu sui-qəsdlə həmkarımızın simasında xalqımızın gözünü qorxutmaq istəyirdilər, ancaq istəklərinə nail ola bilmədilər.

“Arxasında dövlətinin durduğu vətəndaşı qorxutmaq olar? Həmkarımıza tezliklə tam sağalmağı və Milli Məclisə dönməyi arzu edirəm. Yaşasın müstəqil Azərbaycan!”- Elnur Allahverdiyev yazıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90