image-2000x150
image-1683128558_img-20230503-wa0000backend

Millət vəkili və YAP Qaradağ rayon təşkilatının sədri Lökbatan qəsəbəsində bir qrup vətəndaşı qəbul ediblər

image-728x90
Mayın 3-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə partiyanın Qaradağ rayon təşkilatının qərargahında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyiblər.

Ulusal.az xəbər verir ki, qəbula gələn vətəndaşlar: Əlişanov Samir Bəhruz oğlu, Rəhimov Rövşən Novruz oğlu, Adıyev Elbəyi Nuruş oğlu, Həsənov Azər Sultan oğlu, Əlimərdanova Mənzər Bahadur qızı, Bayramova Səbinə Söhbət qızı, İbrahimova Şəhanə Hilal qızı, Ələkbərova Camalə Əli qızı və başqaları işə qəbul olunmalarına, xəstəliyə görə təqaüdün təyin edilməsinə, vətəndaşlıq hüququnun verilməsinə, borcu ödəməkdən boyun qaçıran borclu şəxsin axtarılıb tapilmasına və cəzalandırılmasına, müharibə veteranı adının verilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım göstərilməsinə, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, eyni zamanda, onları narahat edən bəzi nöqsan və çatışmazliqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Bir qismi yerində həll edilib. Vətəndaş İbrahimova Şəhanə Hilal qızının iki azyaşlı övladı İbrahimli Uğur Ariz oğlu və İbrahimli Ayan Ariz qızı ilə birlikdə “ Təmiz Dünya“ Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “ Gender əsaslı Zorakılıq Qurbanları üçün Reabilitasiya və Reinteqrasiya Mərkəzi “ndə yerləşdirilməsinə köməklik göstərilmişdir. Digər qismi ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi bildirilib

Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin Prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90