image-rt-reklam
image-2backend

Millət vəkili şəhid ailəsini ziyarət ETDİ

image-728x90

Millət vəkili Elnur Allahverdiyev Zərdabda şəhid ailəsi ilə görüşüb. Ulusal.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkə hesabından yazıb.

“Zərdaba səfərim çərçivəsində həmkarım Jalə Əliyeva ilə rayonun Körpükənd kəndində oldum. Kəndin Vətən müharibəsi şəhidi İlkin Ağayevin atası Tehran Ağayevlə görüşdüm.

image-1

Körpükəndin 9 şəhidi var. 7 şəhidimiz Birinci Qarabağ savaşında, iki övladımız isə Vətən müharibəsində canlarını torpaq bütövlüyümüz uğrunda qurban veriblər. Allah rəhmət etsin! Körpükənd həm də mənim babamın – atamın atasının doğulub boya-başa çatdığı kənddir. Buradan fərəh hissi ilə ayrıldım, Azərbaycan uğrunda istənilən an canından keçməyə hazır olan Vətən övladlarını yetişdirən kəndin camaatı ilə qürur duyuram!” -deyə millət vəkili əlavə edib.

image-2 image-3 image-4

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90