image-rt-reklam
image-fb_img_1706375892267backend

Millət vəkili seçicilərlə görüşdü – Fotolar

image-728x90

Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri ilə görüşüb. Bu barədə Ulusal.az-a millət vəkili məlumat verib.

“Dairəmizin seçiciləri ilə növbəti səyyar görüşümüz Bakıda hər kəsin “5 mərtəbə” kimi tanıdığı ünvanda baş tutdu. “5 mərtəbə” Bakının tarixi məkanlarından biridir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış bir sırs şəxslər bu binada yaşayıblar.
3 il öncə sosial tərəfdaşlarımızın köməyi ilə bu ünvanda yaşayan gəncləri sağlam həyata, idmana həvəsləndirmək üçün binanın həyətində mini-futbol meydançasının inşasına nail olduq. Bu stadion Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin dəstəyi ilə yanaşı, həm də sakinlərin fəallığının nəticəsidir. Seçkilərdə də hər zaman aktivlik göstərən sakinlərimiz 7 fevralda seçki məntəqələrinə gəlib Qalib Liderimiz İlham Əliyevə səs verəcəklər!”- deyə millət vəkili bildirib.

image-fb_img_1706375908528 image-fb_img_1706375905941 image-fb_img_1706375903200 image-fb_img_1706375900445 image-fb_img_1706375897921 image-fb_img_1706375894935 image-fb_img_1706375892267

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90